Cianluici Donnarummanın “Mançester Siti”yə keçidi rəsmiləşib.
İdman.biz xəbər verir ki, italiyalı qapıçı "şəhərlilər"lə 5 il müddətinə - 2030-cu ilədək müqavilə imzalayıb.
PSJ 26 yaşlı qapıçıya görə “Mançester Siti”dən 30 milyon funt (35 milyon avro) alacaq.
Qeyd edək ki, Donnarumma Paris klubunda dörd mövsüm çıxış edib. O, ötən mövsüm PSJ-də Çempionlar Liqasının qalibi olub və ümumilikdə 10 kubok, o cümlədən 4 dəfə Liqa 1 titulunu qazanıb.
İdman.biz