"Qarabağ"ın şansları dəyərləndirilib - FOTO

Xəbərlər
2 Sentyabr 2025 14:14
62
"Qarabağ"ın şansları dəyərləndirilib - FOTO

"Football Meets Data" klubların UEFA Çempionlar Liqasının əsas mərhələsindəki şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, reytinqdə "Qarabağ"ın ilk 8-likdə yer almaq ehtimalı 0,1% və ilk 24-lüyə düşmək şansı isə 9% göstərilib.

Yalnız "Kayrat"ın şansları Azərbaycan çempionundan aşağı dəyərləndirilib. İlk 8-likdə yer almaq ehtimalı olmayan Qazaxıstan təmsilçisinin ilk 24-lüyə düşmək şansı isə 0,3% -dir.

Qeyd edək ki, liqa mərhələsində ilk 8-liyə düşmək ehtimalı ən yüksək - 74% qiymətləndirilən komanda "Arsenal"dır.

İdman.biz