"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarından birini Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.
İdman.biz xəbər verir ki, Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Köhlən atlar"ın İngiltərə təmsilçisi "Çelsi"ni BOS-da qəbul etmək ehtimalı var. Ölkə rəhbərliyi komandanın məşhur klubdanlardan birini məhz bu arenada qəbul etməsini istəyir.
Qeyd edək ki, "Qarabağ" "Çelsi" ilə noyabrın 5-də qarşılaşacaq. Üç gün sonra isə Azərbaycanda Zəfər Günü qeyd olunacaq.
İdman.biz