Fransa yığmasının baş məşqçisi Didye Deşam gələcəyi ilə bağlı danışıb və 2025/26 mövsümünün onun millinin sükanı arxasında sonuncu olacağını təsdiqləyib.
"Mən 2026-cı ilin sentyabrında nə edəcəyimi bilirəmmi? Bəli, əlbəttə. Hər şey proqramlaşdırılıb, siz məni tanıyırsınız. Bundan sonra mən komandada olmayacağam, bu dəqiqdir. Başqa yerdə olacağam, amma harada olacağımı bilmirəm. Özümü vidalaşırmış kimi hiss edirəm, amma elə deyil. Bu, komandadakı son ilimdir, vəssalam", - Deşam "L'Epuipe" qəzetinə bildirib.
Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Dünya Çempionatının, 2021-ci ildə Millətlər Liqasının qalibi olub, həmçinin AVRO-2016 və DÇ-2022-nin finalına çıxıb.
Xatırladaq ki, Fransa millisi Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqibidir. Komandalar oktyabrın 10-da Fransada, noyabrın 16-da isə Bakıda oynayacaqlar.
İdman.biz