"Liverpul" Aleksandr İsakı heyətinə qatıb - RƏSMİ

Xəbərlər
2 Sentyabr 2025 00:51
40
"Liverpul" Aleksandr İsakı heyətinə qatıb - RƏSMİ

"Liverpul" rəsmi surətdə "Nyukasl"ın hücumçusu Aleksandr İsakın transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, 25 yaşlı forvardla uzunmüddətli müqavilə imzalanıb.

Transfermarkt-ın məlumatına görə, razılaşmanın qiyməti 144 milyon avrodur və bu transfer İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferlərindən biridir.

Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar səkkizinci turda 2026-cı il yanvarın 28-də Liverpulda qarşılaşacaqlar.

İdman.biz