Portuqaliya millisində Dioqo Jotanın nömrəsini daşıyacaq futbolçu məlum olub

Xəbərlər
31 Avqust 2025 11:32
42
Portuqaliya millisində Dioqo Jotanın nömrəsini daşıyacaq futbolçu məlum olub

Portuqaliya millisində mərhum Dioqo Jotanın çıxış etdiyi 21 nömrəsini daşıyacaq futbolçunun adı məlum olub.

İdman.biz xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Roberto Martinez açıqlamasında deyib.

Onun sözlərinə görə, bu futbolçu yarımmüdafiəçi Ruben Neves olacaq: "Ruben həmişə Dioqo ilə yaxın münasibətdə olub. O, bu nömrə altında oynamaq üçün ideal insandır. Bu, nə mənim nə də federasiyanın qərarı deyil. Bu, Dioqo Jota ailəsinin qərarıdır”.

Portuqaliya millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını səfərdə Ermənistan (6 sentyabr) və Macarıstan (9 sentyabr) ilə keçirəcək.

Qeyd edək ki, iyulun 3-də Jota qardaşı Andre Silva ilə birlikdə İspaniyanın Zamora əyalətində avtomobil qəzasında faciəvi şəkildə həlak olub.

İdman.biz