Ramil Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS

Xəbərlər
30 Avqust 2025 13:33
117
Ramil Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS

“Neftçi” Ramil Şeydayevlə yollarını ayırmaqda israrlıdır.

İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov 29 yaşlı hücumçunu sərəncamında görmək istəmir.

Amma Şeydayev özü klubun ona təklif etdiyi xitam müqaviləsi ilə razılaşmır.

Əslində, Ramilin əsas komandaya qayıtmaq üçün bir şansı var. O da maaşının 30-40 faizinin azaldılmasına razılıq verməsidir.

Şeydayev bununla razılaşarsa, əsas komandaya qaytarılmaq şansı yüksələcək. Əks halda isə onun A komandaya qayıtmaq istəyi baş tutmayacaq.

“Neftçi”nin əsas komandadan uzaqlaşdırdığı futbolçu isə hazırda əvəzedici heyətdə deyil, fərdi olaraq məşqlər yerinə yetirir.

Qeyd edək ki, Ramilin “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Bakı klubuna gələnə qədər “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor” klublarında oynayıb.

İdman.biz