Futbol üzrə U-16 millimiz Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb - FOTO

21 Oktyabr 2026 15:25
145
Futbol üzrə U-16 millimiz Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb - FOTO

Azərbaycanın futbol üzrə U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.

Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”.

Daha sonra A millinin baş məşqçisi yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Seçmə komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq.

İdman.Biz