"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri nə vaxt bəlli olacaq?

Xəbərlər
27 Avqust 2025 22:55
93
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri nə vaxt bəlli olacaq?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın rəqiblərinin müəyyənləşəcəyi vaxt bəllidir.

İdman.biz xəbər verir ki, turnirin püşkatması sabah Monako şəhərində keçiriləcək.

Çempionlar Liqasının yeni formatına əsasən, Azərbaycan çempionu 8 rəqiblə qarşılaşacaq. Oyunların 4-ü evdə, 4-ü səfərdə keçiriləcək. 36 klubun yarışdığı Liqada ilk 8 yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq, 9-24-cü yeri tutan komandalar isə pley-offda qarşılaşacaqlar.

Qeyd edək ki, püşkatma sabah saat 20:00-da start götürəcək.

İdman.biz