Azərbaycanda iki klub birləşib, baş məşqçi postuna kim gətirilib?

Xəbərlər
27 Avqust 2025 15:20
54
Azərbaycanda iki klub birləşib, baş məşqçi postuna kim gətirilib?

II Liqada üçüncü mövsümə hazırlıq görən "Şəki Siti" baş məşqçisini dəyişib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, əyalət komandasının sükanı arxasına Bəhmən Həsənov gətirilib.

Son iki ildə bu vəzifəni tutmuş Firudin Mövsümov isə indən sonra onun korpusunda yer alacaq.

Həsənovun bura gəlməsi təsadüfi deyil. Bu, "Şəki Siti" ilə "Xudat"ın birləşməsinin nəticəsidir.

PFL tərəfindən II Liqaya buraxılmayan Xudatın eyniadlı təmsilçisi alternativ variantı dəyərləndirib.

İki klub bir ad altında birləşib. Sövdələşmə müəyyən şərtlər daxilində gerçəkləşib.

"Xudat"ın himayədarı səhmlərin önəmli hissəsini alıb və bura kifayət qədər büdcə ayırmağı öz üzərinə götürüb.

İdman.biz