Türkiyə çempionu “Qalatasaray” Edersonun transferi ilə bağlı “Mançester Siti”yə etdiyi təklifi 15 milyon avroya qədər artırıb.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Edersonun artıq “Qalatasaray”la 2028-ci ilə qədər şəxsi müqaviləsini razılaşdırdığı bildirilir. Müqaviləyə əsasən, braziliyalı qapıçı illik 7 milyon avro maaş alacaq.
Ederson 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. Onun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt"a görə, futbolçunun transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Premyer Liqada yay transfer pəncərəsi avqustun 31-də bağlanır. Cari mövsümdə İngiltərə çempionatının ilk iki turunda “Mançester Siti”nin qapısını Ceyms Trafford qoruyub.
İdman.biz