“Everton”un yarımmüdafiəçisi, transfer hüquqları “Mançester Siti”yə məxsus olan Cek Qriliş son bir neçə ildə futboldan əvvəlki qədər zövq almadığını etiraf edib.
İdman.biz xəbər verir ki, Premyer Liqanın 2-ci turunda “Brayton”la matçda Qriliş iki qol ötürməsi ilə yadda qalıb.
Qrilişin sözlərini "Manchester Evening News" belə təqdim edib: “Düşünürəm ki, son bir-iki ildə bəzən futbol sevgimi itirmiş kimiydim – yox, tam yox, sadəcə futboldan o qədər zövq almırdım, nə qədər ki, almalıydım. Evdə olanda ailəm də bunu mənə deyirdi. Bu, başqalarına görə yox, sırf mənim özümə görə idi.
Amma bəli, mən futbolu həqiqətən sevirəm və istəyirəm ki, yenidən oyun günü səhəri oyana-oyana "tezliklə meydana çıxım" hissini yaşayım. Bu gün o hissi yenidən yaşadım və ümid edirəm ki, oyunumda da bu göründü”.
2021-ci ildən “Mançester Siti”nin üzvü olan Qriliş 2025/2026 mövsümünü icarə əsasında "Everton"da keçirəcək.
İdman.biz