"Partizani"də debüt edən azərbaycanlı: "Yəqin ki, milliyə dəvət ediləcəm"

Xəbərlər
25 Avqust 2025 18:00
50
"Partizani"də debüt edən azərbaycanlı: "Yəqin ki, milliyə dəvət ediləcəm"

“Yeni mövsümə yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi, bizim avrokuboklardakı çıxışımız erkən yekunlaşdı".

İdman.biz xəbər verir ki, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Vüsal İsgəndərli Sportal.az-a açıqlamasında deyib.

O, komandasının ölkə çempionatının ilk turunda “Vora”ya qalib gəldikləri oyunu şərh edib: "Bütün fikrimiz çempionata hazırlaşmaq idi. Rəqibimiz yaxşı komandadır. Amma şadam ki, qalib gəlməyi bacardıq. Təbii ki, mən də komandamın uğuru üçün sona qədər mübarizə apardım. Çempionata qələbə ilə başlamaq çox sevindirici hal idi. Albaniyada ilk deyil deyil ki, oynayıram. Lakin “Partizani”də yeniyəm və adaptasiya prosesi də uğurla keçdi”.

İsgəndərli, Azərbaycan millisində oynamaq istədiyini də söyləyib: “Partizani”də oynayaraq, Azərbaycan millisinə dəvət edilmək olar. Klubda daimi oynasam, yəqin ki, milliyə dəvət ediləcəm. Azərbaycan millisindən dəvət gələrsə, buna görə çox sevinərəm”.

İdman.biz