“Turan Tovuz” evdə qol vura biləcək?

Xəbərlər
24 Avqust 2025 17:00
34
“Turan Tovuz” evdə qol vura biləcək?

Misli Premyer Liqasının II turunun 4-cü günü “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu ilə başa çatacaq.

İdman.biz xəbər verir ki, rəqiblər ölkə çempionatlarında 9-cu duelə çıxacaqlar.

Əvvəlki 8 matçda Qərb təmsilçisi üstündür. 5 dəfə uduzan və 1 heç-heçə edən “Araz-Naxçıvan” Tovuz klubuna 2 dəfə qalib gəlib. Bu üstünlük top fərqində də əksini tapıb – 12-5.

“Turan Tovuz” bütün ev oyunlarında qol vurub. Son üç görüşdə 2-dən çox qol qeydə alınmayıb.

04.08.2023

Araz-Naxçıvan - Turan Tovuz

0:3

24.12.2023

Turan Tovuz - Araz-Naxçıvan

3:1

10.03.2024

Turan Tovuz - Araz-Naxçıvan

2:0

11.05.2024

Araz-Naxçıvan - Turan Tovuz

0:1

21.09.2024

Turan Tovuz - Araz-Naxçıvan

1:2

29.11.2024

Araz-Naxçıvan - Turan Tovuz

1:0

16.02.2025

Turan Tovuz - Araz-Naxçıvan

1:0

18.04.2025

Araz-Naxçıvan - Turan Tovuz

1:1

Qeyd edək ki, matç saat 19:30-da başlayacaq.

İdman.biz