"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo futbol tarixində dörd müxtəlif klub və milli komandanın hər birində 100 və daha çox qol vuran ilk oyunçu olub.
İdman.biz xəbər verir ki, 40 yaşlı forvard Honkonqda keçirilən Səudiyyə Ərəbistanı Superkubokunun finalında “Əl-Əhli”yə qarşı oyunda penaltini dəqiq yerinə yetirərək Ər-Riyad təmsilçisinin heyətində 100-cü qoluna imza atıb.
Ronaldo həmçinin Madrid “Real”ında 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, Portuqaliya millisində isə 138 dəfə fərqlənib.
İdman.biz