Domi Massumo: “Çempionatda güclü rəqabət var” - MÜSAHİBƏ

Müsahibə
23 Avqust 2025 14:28
38
Domi Massumo: “Çempionatda güclü rəqabət var” - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Domi Massumonun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ilk oyununda heç-heçə etdiniz. Bu oyun barədə fikirləriniz necədir?

– Çempionatın ilk matçı məncə pis keçmədi. Komandamız yaxşı təsir bağışladı. İlk oyunlar hər zaman çətin olur. Bu dəfə də qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Öz üzərimizdə daha çox işləməklə matçda buraxdığımız səhvləri növbəti oyunlarda düzəltməyə çalışacağıq.

– Sizcə, start üçün 1 xal yaxşı nəticə sayılırmı?

– “Karvan”la oyunda qələbə qazana bilərdik, hətta demək olar ki, qazanmalı idik. Lakin təəssüf ki, bu, mümkün olmadı. Qələbəyə layiq oyun göstərsək də, sonda 1 xalla kifayətlənməli olduq. Amma düşünürəm ki, bu da pis nəticə sayılmamalıdır.

– Liqadakı hədəfiniz nədir? Sadəcə liqada qalmaq, yoxsa daha yüksək yerlərə oynamaq?

– Baxmayaraq ki, əvvəllər “Qəbələ” elitada mübarizə aparıb, bu il komandamız Premyer Liqaya yenidən yüksəldi. Əsas hədəfimiz “Qəbələ”nin adına layiq çıxış etmək və maksimum yüksək yerlər uğrunda mübarizə aparmaqdır.

– Növbəti oyununuz güclü rəqib “Zirə” ilə olacaq. Qalib gələ biləcəyinizə inanırsınızmı?

– Rəqibimizə hörmətlə yanaşırıq. “Zirə” güclü komandadır. Lakin biz də oyuna yaxşı hazırlaşırıq. Ümid edirəm ki, bu görüşdən müsbət nəticə ilə ayrılacağıq.

– İlk oyundan sonra ümumilikdə liqa barədə təəssüratlarınız necədir?

– Çempionatda yüksək səviyyəli komandalar var. Onların heyətində ustalığı kifayət qədər olan futbolçular çıxış edir. Bu baxımdan Premyer Liqanın rəngarəng və maraqlı olduğunu düşünürəm. Məncə, çempionatda güclü rəqabət var və komandaların istədiyi nəticəyə çatması heç də asan olmayacaq.

İdman.biz