"Mançester Siti" uduzub, "Arsenal"dan darmadağın - YENİLƏNİB/VİDEO

Xəbərlər
23 Avqust 2025 22:24
119
"Mançester Siti" uduzub, "Arsenal"dan darmadağın - YENİLƏNİB/VİDEO

Bu gün İngiltərə Premyer Liqasında 2-ci turun 5 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "Arsenal" növbəti qələbəsini qazanıb.

"Topçular" yenidən Premyer Liqaya dönən "Lids"i məğlub ediblər. Mikel Artetanın komandası 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə "Arsenal"ı lider mövqeyinə yüksəldib.

İngiltərə
Premyer Liqa, 2-ci tur
23 avqust

18:00. Börnli - Sanderlend - 2:0
18:00. Bornmut - Vulverhempton - 1:0
18:00. Brentford - Aston Villa - 1:0
20:30. Arsenal - Lids - 4:0

İdman.biz

***

17:31

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

İdman.biz xəbər verir ki, bu gün beş qarşılaşma olacaq.

Tura dünən keçirilən "Vest Hem" - "Çelsi" (1:5) matçı ilə start verilib.

Günün ilk oyununda "Mançester Siti" öz meydanında gözlənilmədən "Tottenhem"ə məğlub olub - 0:2.

İngiltərə
Premyer Liqa, 2-ci tur
23 avqust
15:30. Mançester Siti - Tottenhem 0:2

18:00. Börnli - Sanderlend
18:00. Bornmut - Vulverhempton
18:00. Brentford - Aston Villa
20:30. Arsenal - Lids

İdman.biz

Məqalədə: