Kriştiano yenə titulsuz qalıb - "Əl-Nəsr" Superkubokun finalında uduzub - VİDEO

Xəbərlər
23 Avqust 2025 18:27
41
Kriştiano yenə titulsuz qalıb - "Əl-Nəsr" Superkubokun finalında uduzub - VİDEO

Səudiyyə Ərəbistanı Superkubokunun final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici oyunda "Əl-Nəsr" və "Əl-Əhli" qarşılaşıblar.

2:2 hesabı ilə yekunlaşan görüşdə hesabı penaltidən Kriştiano Ronaldo açıb. "Əl-Nəsr"in digər qolunu isə Brozoviç vurub. "Əl-Əhli"nin heyətində isə Kessei və İbanez fərqləniblər.

Reqlamentə görə, əlavə vaxt oynanılmayıb və qalib penalti seriyasında bəlli olub. Lotoreyada daha dəqiq olan "Əl-Əhli" 5:3 hesabı ilə qalib gələrək, superkubokun qalibi olub. Ronaldunun titul qazanmaq arzusu növbəti dəfə puça çıxıb.

İdman.biz