Afrika Millətlər Kubokunun Nigeriya və Mərakeş arasında yarımfinal oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matçın əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb.
Penaltilər seriyasında isə mərakeşlilər 4:2 hesabı ilə qalib gələrək finala çıxıblar.
Turnirin finalında Mərakeş, digər yarımfinalda Misiri 1:0 hesabı ilə məğlub etmiş Seneqal ilə qarşılaşacaq. Bürünc medal uğrunda görüş yanvarın 17-də, final isə bir gün sonra, yanvarın 18-də keçiriləcək.
