Qvardiolanın "Tottenhem" kabusu - 10-cu məğlubiyyət

Xəbərlər
23 Avqust 2025 18:14
39
Qvardiolanın "Tottenhem" kabusu - 10-cu məğlubiyyət

"Mançester Siti" İngiltərə Premyer Liqasının 2-ci turunda öz meydanında "Tottenhem"ə 0:2 hesabı ilə uduzub.

İdman.biz xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 10-cu dəfə bu komandaya məğlub olub.

İspaniyalı mütəxəssisin komandası 24-cü dəfə "Tottenhem"ə qarşı mübarizə aparıb. Bu görüşlərdə "Mançester Siti" 11 qələbə qazanıb, 3 dəfə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Qvardiolanın "Liverpul"la 24 qarşılaşmada da hesabında 10 məğlubiyyət var.

İdman.biz