Canluici Donnarumma PSJ azarkeşləri ilə vidalaşıb

Xəbərlər
23 Avqust 2025 10:00
41
Canluici Donnarumma PSJ azarkeşləri ilə vidalaşıb

Canluici Donnarumma PSJ azarkeşləri ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, italiyalı qapıçı mövcud müqaviləyə baxmayaraq, Paris klubunda artıq çıxış etməyəcək.

PSJ-nin öz meydanlarında “Anje”yə 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra Donnarumma onun adını səsləndirən azarkeşlərin olduğu tribunalarına yaxınlaşıb və onlarla vidalaşıb. Qapıçının komanda yoldaşları əvvəlcə kənarda dayansalar da, sonra onu əhatəyə alıblar.

Bundan sonra Donnarumma “Park de Prens” stadionunda rəmzi vida dövrəsi vurub.

İdman.biz

Məqalədə: