"Kəpəz"in futbolçusu Fərid Nəbiyevin Sport24.az-a müsahibəsi
- İlk turda səfərdə "Sumqayıt"a məğlub oldunuz. Oyun barədə fikirlərini bilmək istərdik...
- Mövsümün ilk oyunu istədiyimiz kimi keçmədi. Yenilənən heyətimiz var. İnşallah, növbəti matçlarda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.
- Yenidən sabiq komandana qayıtdın. Başqa təkliflər var idi? "Kəpəz"i seçməyində əsas rol nə oldu?
- "Səbail"dən ayrılandan sonra digər klublardan təkliflərim var idi. Əvvəllərdə "Kəpəz"də çıxış etmişəm. Həmin dövrdə çox yaxşı mövsüm keçirmişdim. Gəncə komandası mənə doğmadır. Ona görə yenidən "Kəpəz"ə qayıtmaq stədim.
- Bu mövsüm qarşıya qoyulan əsas məqsəd nədir?
- Mövsüm yeni başlayıb deyə, hansısa hədəfdən danışmaq tezdir. Bir müddət sonra komandanın Premyer Liqada əsas məqsədi barədə fikirlər söyləmək olar.
- Komandanız hələ ki ev matçlarını doğma meydanda keçirmir. Rəqibləri Qəbələdə qəbul etməyiniz oyununuza, nəticələrə nə qərəcədə təsir edəcək?ədə təsir oynayacaq.
- Əlbəttə, təsiri çoxdur. Gəncədə oynamq rəqib komandalar üçün də çətindir. Biz böyük azarkeş dəstəyindən məhrum olmuşuq. İnşallah, yenidən matçlarımızı doğma stadionumuzda keçirəcəyik.
- Növbəti tur "Karvan-Yevlax"la oyun var. Gözləntilərini bilmək istərdik...
- Bu oyunda sadəcə qələbə haqda düşünürük. Başqa nəticə bizi qane etməyəcək.
İdman.biz