“Fənərbaxça” Meksika millisinin futbolçusu ilə anlaşıb

Xəbərlər
21 Avqust 2025 14:52
42
“Fənərbaxça” Meksika millisinin futbolçusu ilə anlaşıb

“Fənərbaxça” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdman.biz xəbər verir ki, klub İngiltərənin “Vest Hem” komandasının meksikalı yarımmmüdafiçisi Edson Alvaresi heyətinə qatmaq üzrədir.

Meksika millisinin 26 yaşlı futbolcu bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək.

İdman.biz