Donnarumma ilə maraqlanan “Real” Kurtua ilə müqaviləni uzadır?

Xəbərlər
21 Avqust 2025 10:58
36
Donnarumma ilə maraqlanan “Real” Kurtua ilə müqaviləni uzadır?

Madridin “Real”ının PSJ-nin qapıçısı Canluici Donnarumma ilə maraqlandığına dair söz-söhbətlərə baxmayaraq, kral klubu 33 yaşlı qapıçı Tibo Kurtua ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, bu barədə X sosial şəbəkəsində belçikalı jurnalist Saşa Tavolieri məlumat paylaşıb.

Tərəflər 2 illik müqavilə ilə bağlı şifahi razılığa gəliblər. Klubla futbolçu arasında mövcud müqavilə 2026-cı ilin yayına kimi qüvvədədir.

Daha əvvəl Donnarummaya əsas namizədin İngiltərənin "Mançester Siti" klubu olduğu bildirilirdi.

Qeyd edək ki, Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir. O, burada 289 oyun keçirib, 282 qol buraxıb və 114 qarşılaşmada qapısını “təmiz” saxlayıb. Qapıçının klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avro göstərilir.

İdman.biz