15 yaşlı ukraynalı La Liqa təmsilçisinin heyətində

Xəbərlər
20 Avqust 2025 19:14
40
15 yaşlı ukraynalı La Liqa təmsilçisinin heyətində

Kiyev "Dinamo”su Akademiyasının vingeri Zaxar Osmuxin artıq İspaniya "Xetafe"sinin futbolçusudur.

İdman.biz xəbər verir ki, bu barədə “Talented Birds” agentliyi məlumat yayıb.

15 yaşlı ukraynalı ilə müqavilənin təfərrüatları açıqlanmır.

Osmuxin əvvəllər "Dinamo”nun U-17 komandasında çıxış edib, eyni zamanda Ukraynanın U-15 millisinə çağırılıb və burada üç oyunda bir qol vurub.

İdman.biz