Azarkeşlər qol vuran futbolçunu döyərək KOMAYA SALIBLAR

Xəbərlər
20 Avqust 2025 17:10
47
Azarkeşlər qol vuran futbolçunu döyərək KOMAYA SALIBLAR

Bir qrup azarkeş oyun zamanı “Rusiya İcması Şelkovo” klubunun futbolçusu Arseni Yerşoviçi döyüblər.

İdman.biz xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Döyülmə anı müşahidə kameralarına düşüb. Qəflətən izdiham futbolçuya hücum edib. Çənəsindən aldığı zərbədən Yerşoviç asfalta yıxılıb və onun başı yerə dəyib. Bundan sonra o, huşunu itirib. Lakin kütlə onu bu vəziyyətdə döyməyə davam edib. Futbolçu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun komada olduğu bildirilir.

Polis artıq üç şübhəli şəxsi saxlayıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, münaqişəyə səbəb yerlilərlə gəlmələrin oyununda sonuncuların komandasına Yerşoviç tərəfindən vurulan qol olub.

İdman.biz