"Mövsümün açılış matçında yaxşı oyun nümayiş etdirdik. "Neftçi”yə qarşı onların meydanında oynamaq adətən çətindir".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın qapıçısı Rikardo Fernandes Misli Premyer Liqasının 1-ci turunun "Neftçi" ilə görüşü (1:1) ilə bağlı Sportal.az-a açıqlamasında deyib.
Portuqaliyalı qolkiper komandasınn səfərdə bərabərə qalması haqda danışıb: "Hamımız yaxşı oyun sərgiləmək və sevinəcəyimiz nəticə əldə etmək üçün əlimizdən gələni etdik. Hesabda irəlidə olsaq belə, heç-heçə də yaxşı nəticədir”.
O, penalti zərbəsindən sonra qapısında gördüyü qolla bağlı da fikirlərini bildirib: "Ötən mövsüm Emin Mahmudov penalti zərbəsini özümdən sol cinaha vurmuşdu. O vaxtı topu dəf etməyə çox yaxın idim. Bu dəfə də topun həmin küncə vurulacağını düşünürdüm".
İdman.biz