22 oyuna cəmi 3 qol - Juninyo "Flamenqo"dan gedir?

Xəbərlər
19 Avqust 2025 17:49
47
22 oyuna cəmi 3 qol - Juninyo "Flamenqo"dan gedir?

"Qarabağ"ın keçmiş hücumçusu Juninyo karyerasında növbəti dəyişiklik ərəfəsindədir.

İdman.biz xəbər verir ki, bu ilin yanvarında Braziliyanın "Flamenqo" klubuna keçən 28 yaşlı futbolçunun komandadan ayrılması gündəmdədir.

Onun adı ötən tur "İnternasional"la keçirilən matçın iştirak ərizəsində də yer almayıb.

Baş məşqçi Felipe Luisin planlarına uyğun gəlməyən Juninyonun Səudiyyə Ərəbistanı klublarından birinə keçidi istisna olunmur.

Juninyo bu mövsüm ümumilikdə 22 oyuna çıxsa da, cəmi 3 dəfə rəqib qapılarına yol tapa bilib. Son qolunu isə apreldə Libertadores kubokunda vurub.

İdman.biz

Məqalədə: