Çempionlar Liqası: "Qarabağ" Macarıstanda uğurlu nəticə arzusunda

Xəbərlər
19 Avqust 2025 09:17
52
Çempionlar Liqası: "Qarabağ" Macarıstanda uğurlu nəticə arzusunda

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Ağdam klubu pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunun qonağı olacaq.

Azərbaycan çempionu Budapeştdə baş tutacaq qarşılaşmada uğurlu nəticə üçün meydana çıxacaq. “Qarabağ” qalib gələcəyi və ya heç-heçə edəcəyi halda, cavab görüşündə daha rahat oynamağı planlaşdırır.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust
23:00. “Ferentsvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Joau Pedru da Silva Pineyru (Portuqaliya)
Budapeşt, "Qrupama Arena”

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

İdman.biz