AFFA İrlandiyada doğulmuş, İngiltərə yığmalarında oynamış futbolçunu milliləşdirəcək? - FEDERASİYADAN AÇIQLAMA

Xəbərlər
17 Avqust 2025 20:17
101
AFFA İrlandiyada doğulmuş, İngiltərə yığmalarında oynamış futbolçunu milliləşdirəcək? - FEDERASİYADAN AÇIQLAMA

AFFA-nın İrlandiyada dünyaya gələn Dennis Çirkini milliləşdirəcəyi ilə bağlı mətbuatda iddialar yayılıb.

İdman.biz xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən Sportal.az saytına verilən açıqlamada "Sanderlend"in müdafiəçisinin millimizə cəlb olunacağı ilə bağlı yayılan xəbərlərin əsassız olduğu deyilib.

Çirkinin milliləşdirilməsi məsələsinin AFFA-nın planında olmadığı bildirilib: "Yayılan xəbərlər əsassızdır, həqiqəti əks etdirmir".

Qeyd edək ki, İngiltərənin yeniyetmələr yığmalarında oynamış 23 yaşlı futbolçu "Tottenhem"in yetirməsidir. Onun əslən Türkiyədən olduğu bildirilir.

İdman.biz

Məqalədə: