Çempionlar Liqasının favoritləri kimdir?

Xəbərlər
17 Avqust 2025 19:05
37
Çempionlar Liqasının favoritləri kimdir?

"Bavariya"nın hücumçusu Harri Keyn 2025/26 mövsümündə UEFA Çempionlar Liqasında hansı komandaları əsas favorit hesab etdiyini açıqlayıb.

İdman.biz xəbər verir ki, ingiltərəli futbolçunun fikrincə, qarşıdakı Çempionlar Liqası yarışında da hər il olduğu kimi olacaq.

"Marca" nəşri Keynin sözlərini belə təqdim edib: "Bavariya" da PSJ, "Real", "Barselona", "Mançester Siti", "Liverpul" ilə birlikdə favoritlərdən biri olacaq. Bütün böyük komandalar kubok uğrunda mübarizə aparacaqlar. Finala hələ çox var".

32 yaşlı forvard bildirib ki, "Bavariya"nın futbolçuları püşkatmanı səbirsizliklə gözləyirlər ki, ilk rəqiblərinin kim olacağını öyrənsinlər. Lakin onun sözlərinə görə, komanda hazırda daha çox Bundesliqaya köklənib.

2024/25 mövsümünün Çempionlar Liqasında "Bavariya" 1/4 finaladək irəliləmiş və iki oyunun nəticəsinə görə (3:4) "İnter"ə uduzmuşdu.

Qeyd edək ki, Keyn Çempionlar Liqasında ümumilikdə 57 oyunda 40 qol vurub.

İdman.biz

Məqalədə: