“Qarabağ” sabiq hücumçusunu komandaya qaytarır

Xəbərlər
14 Avqust 2025 10:45
59
“Qarabağ” sabiq hücumçusunu komandaya qaytarır

“Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytarmağa yaxındır.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2022-ci ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən Kvabena ilə iki illik sözləşmə imzalanacaq.

Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin "Ankaragücü" klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol vurub.

Ovusu Kvabena 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub. “Transfermarkt” onun bazar dəyərini 400.000 avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

İdman.biz