Braziliyalı yeni transfer Azərbaycanda

Xəbərlər
13 Avqust 2025 14:20
62
Braziliyalı yeni transfer Azərbaycanda

Yeni mövsümə hazırlaşan "Kəpəz" heyətini daha bir əcnəbi ilə gücləndirib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi Jefferson Makiel Bentonu sıralarına qatıb.

Braziliyalı son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.

Cənubi amerikalının vətənində "Botafoqo"da da forma geyindiyini bildirək. Jefferson artıq Gəncədədir.

Ən qısa müddətdə futbolçunun keçidi ictimaiyyətə açıqlanacaq.

İdman.biz