“Fənərbaxça”nın istəmədiyi futbolçu üçün 8 elçi

Xəbərlər
12 Avqust 2025 16:23
51
“Fənərbaxça”nın istəmədiyi futbolçu üçün 8 elçi

“Riyeka”nın xorvatiyalı futbolçusu Niko Yankoviçin yenidən karyerasını ölkə xaricində davam etdirmək şansı yaranıb.

İdman.biz “Tuttomercato”ya istinadən xəbər verir ki, “Fənərbaxça”nın son anda razılaşmanı pozduğu yarımmüdafiəçi 8 klubun “radar”ına düşüb.

23 yaşlı futbolçu ilə İtaliyanın “Bolonya”, “Atalanta”, “Fiorentina”, “Verona”, İngiltərənin “Börnli”, Almaniyanın “Verder”, “Nürnberq” və Ukraynanın “Dinamo” (Kiyev) klubları maraqlanır.

Qeyd edək ki, Xorvatiya təmsilçisi ilə müqaviləsi 2026-cı ilə qədər olan Yankoviçin bazar dəyəri 6.5 milyon avro olaraq qiymətləndirilir.

İdman.biz