"Neftçi" "Hermannstadt"ın müdafiəçisini istəyir

Xəbərlər
12 Avqust 2025 09:11
42
"Neftçi" "Hermannstadt"ın müdafiəçisini istəyir

"Neftçi"nin maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Rumıniyanın "Hermannstadt" klubunda çıxış edən Tiberiu Capuşanı heyətinə cəlb etmək niyyətindədir.

Müdafiə xəttini daha da gücləndirmək istəyən paytaxt təmsilçisi rumıniyalı oyunçu ilə əlaqə saxlayacaq. Tezliklə danışıqların başlayacağı gözlənilir.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Hermannstadt"la 2026-cı ilin yayınadək müqaviləsi var.

İdman.biz