Futbol üzrə Azərbaycan çempionatının 2-ci Liqasında debüt edəcək “Xankəndi” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, komanda Bəhruz Teymurovu heyətinə qatıb.
Təcrübəli hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Bəhruzun çıxış etdiyi son klub “Karvan” olub. Teymurov “Şamaxı” ilə Birinci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medal, “Karvan” ilə isə ölkə çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, 31 yaşlı hücumçu karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı” kimi tanınmış klublarda çıxış edib. O, həmçinin Azərbaycanın U-19 yığmasının da formasını geyinib.
İdman.biz