İtaliya A Seriyasının 14-cü turunun “Torino” və “Milan” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Turindəki “Stadio Olimpico Grande Torino” stadionunda oynayıblar.
Qonaqlar 3:2 hesablı qələbə qazanıblar.
10-cu dəqiqədə yarımmüdafiəçi Nikola Vlaşiç penaltidən “Torino”nu irəli çıxarıb. 17-ci dəqiqədə hücumçu Duvan Sapata Vlaşiçin ötürməsi ilə klubunun üstünlüyünü ikiqat artırıb. 24-cü dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo uzaq məsafədən zərbə ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Kristian Pulişiç hesabı bərabərləşdirib. Pulişiç 77-ci dəqiqədə ikinci qolunu vuraraq komandasına qələbə qazandırıb.
14 oyundan sonra “Milan” 31 xalla İtaliya çempionatının cədvəlində birinci yerdədir. 14 xalla “Torino” Seriya A-da 16-cı yerdədir.
