Almaniyalı futbolçu “Zirə”də - RƏSMİ

Xəbərlər
11 Avqust 2025 19:02
49
Almaniyalı futbolçu “Zirə”də - RƏSMİ

Azərbaycan Premyer Liqası təmsilçisi “Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.biz xəbər verir ki, komanda Leroy Mikelsi heyətinə qatıb.

Almaniyalı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Mikels son mövsümdə “Şamaxı”nın formasını geyinib.

Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib.

İdman.biz