Bakı Metropoliteni avqustun 12-də "Qarabağ"ın UEFA Çempionlar Liqası matçına görə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Bakı Metropoliteni" QSC-dən İdman.biz-ə verilən məlumata görə oyun günü üç stansiyada - "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.
Sərnişinlərin rahat hərəkəti üçün əlavə işçi qüvvəsi ayrılacaq, zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq.
Qeyd edək ki, “Qarabağ” avqustun 12-də “Şkendiya”nı qəbul edəcək. Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk qarşılaşmasında şimali makedoniyalılara 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz