Azərbaycan klubu ABŞ-dan hücumçu gətirməyi planlaşdırır

Xəbərlər
11 Avqust 2025 10:24
43
Azərbaycan klubu ABŞ-dan hücumçu gətirməyi planlaşdırır

I Liqada çempionluğa iddialı olan “Səbail” forvard axtarışlarını davam etdirir.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Bayıl təmsilçisi legioner mərkəz hücumçusu gətirə bilər.

"Səbail" hazırda ABŞ-ın aşağı liqa təmsilçisi olan “Karolina Kor” klubunun futbolçusu David Polanko ilə maraqlanır.

Hazırda tərəflər arasında danışıq gedir. I Liqa təmsilçisi Kolumbiya əsilli futbolçunu razı salarsa, onunla 1+1 illik müqavilə imzalanacaq. O, karyerasına “Vitorul”(Rumıniya) klubunda başlayıb.

Ardınca “Essingen”(Almaniya), “Florida”(ABŞ), “Quindio”(Kolumbiya), “Barri Baks”(ABŞ) komandalarında çıxış edib.

İdman.biz