"Sabah"ın və 21 yaşlılardan ibarət milli komandamızın üzvü Şahin İbrahimov qitənin tanınmış klublarından birinə baxışa yollanıb.
İdman.biz Sports.az saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bu gün Skandinaviyaya uçub.
Sol vinger bir həftə ərzində Stokholmun AİK klubunun düşərgəsində olacaq.
İbrahimov özünü yaxşı tərəfdən göstərə bilsə, paytaxt təmsilşisi transfer üçün gənc futbolçunun məxsus olduğu "Sabah"a müraciət edəcək.
İdman.biz