Həmyerlimiz Fərid Cəbrayılzadə Norveçin “Brann” klubuna keçib.
İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, komanda “Eliteserien” liqasında çıxış edir.
18 yaşlı futbolçumuz bundan öncə Azərbaycanın “Qarabağ”, “Xəzər” (Buzovna), “İnter”, “Leon” və “Sabah” kimi akademiya və gənclər komandalarında forma geyinib.
2019-cu ildə ailəsi ilə birlikdə “Green Card” lotereyası vasitəsilə ABŞ-a köçən Fərid burada da futbol karyerasını davam etdirib. Əvvəlcə “Valeo” klubunun əsas komandasına seçilərək MLS-də çıxış edib, daha sonra pandemiyadan sonra ESNL liqasında oynayıb və finala qədər yüksəlib. Sonrakı dönəmdə “New England” klubunda U-19 liqasına qədər yüksələrək həm öz yaş qrupunda, həm də iki yaş böyük oyunçularla mübarizə aparıb.
İdman.biz