Yaponiyalı futbolçu yenidən "Sumqayıt"ın formasını geyinəcək - VİDEO

Xəbərlər
9 Avqust 2025 21:43
62
Yaponiyalı futbolçu yenidən "Sumqayıt"ın formasını geyinəcək - VİDEO

Yeni mövsümə hazırlaşan “Sumqayıt” növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, Masaki Murata yenidən komandanın şərəfini qoruyacaq.

Yaponiyalı futbolçu 2023/2024 mövsümündə 35 oyunda "Sumqayıt"ın formasını geyinib. Murata ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı yarrımmüdafiəçi son mövsümü "Veyle"də (Danimarka) keçirib.

İdman.biz