Ter Ştegenin yeni mövsüm üçün sifariş siyahısında nömrəsi yoxdur

Xəbərlər
9 Avqust 2025 09:37
38
Ter Ştegenin yeni mövsüm üçün sifariş siyahısında nömrəsi yoxdur

"Barselona"nın müdafiəçisi Pau Kubarsı yeni mövsümdən 5 nömrəli formanı geyinəcək.

İdman.biz xəbər verir ki, 18 yaşlı futbolçu daha əvvəl "2 nömrə" idi.

5 nömrəli forma isə İnyiqo Martinesin "Əl-Nəsr"ə mümkün transferi ilə əlaqədar boşalır.

"Barsa"nın qapıçısı Mark-Andre ter Ştegenin isə yeni mövsüm üçün sifariş siyahısında nömrəsi yoxdur. O, əvvəllər "1 nömrə" olub.

Qeyd edək ki, "Barselona"da kapitan sarğısının ter Ştegenə qaytarılmasına qərar verilib.

İdman.biz