“Qəbələ”nin yeni transferi: "Komandaya adaptasiya olmağa çalışıram"

Xəbərlər
8 Avqust 2025 19:08
47
“Qəbələ”nin yeni transferi: "Komandaya adaptasiya olmağa çalışıram"

"Burada olduğum üçün çox şadam".

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Eduardo Kunde deyilb.

Monteneqrolu futbolçu klubun mətbuat xidmətinə açıqlamasında komanda uyğunlaşma prosesində olduğunu bildirib: “İlkin təssüratım çox yaxşıdır. Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar. Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.

O, “Qəbələ”nin təklifini qəbul etməsi barədə bunları deyib: “Qəbələ”dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi. Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim. Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı”.

İdman.biz