"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri qarşılaşıblar.
İdman.biz xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda PAOK Yunanıstanda "Volfsberger"lə (Avstriya) üz-üzə gəlib.
Komandaların səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Cavab matçı avqustun 14-də Avstriyada keçiriləcək.
Qeyd edək ki, PAOK - "Volfsberger" duelinin məğlubu "Araz-Naxçıvan" - "Omoniya" cütünün qalibi ilə qarşılaşacaq.
İdman.biz