“Qəbələ”də yeni təyinat

Xəbərlər
6 Avqust 2025 19:53
77
“Qəbələ”də yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

İdman.biz xəbər verir ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.

O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.

İdman.biz