Stanislav Çerçesov “Axmat”ın baş məşqçisi təyin olunub

Xəbərlər
6 Avqust 2025 16:34
58
Stanislav Çerçesov “Axmat”ın baş məşqçisi təyin olunub

Stanislav Çerçesov Rusiya Premyer Liqasında yarışan “Axmat” komandasının baş məşqçisi təyin olunub.

İdman.biz xəbər verir ki, Qroznı təmsilçisi 61 yaşlı rusiyalı mütəxəssislə üçillik müqavilə imzalayıb.

Bundan əvvəl “Axmat” mövsümə ardıcıl dörd məğlubiyyətlə başladıqdan sonra Aleksandr Storojuku istefaya göndərmişdi.

Mətbuatda yer alan məlumatlara görə, Çerçesovun illik maaşı 1,3 milyon avro olacaq.

Çerçesov 2025-ci ilin yanvarında Qazaxıstan millisindən ayrılmışdı. O, daha əvvəl Rusiya yığması, “Ferentsvaroş”, “Legiya”, “Spartak”, Moskva “Dinamo”su və “Amkar”da çalışıb. 2011-2013-cü illərdə isə “Axmat”ın əvvəlki adı “Terek” olduğu dövrdə də bu klubda baş məşqçi işləyib.

İdman.biz

Məqalədə: