“Qəbələ” iki gənc futbolçusu ilə yeni müqavilə imzalayıb

Xəbərlər
5 Avqust 2025 16:15
94
“Qəbələ” iki gənc futbolçusu ilə yeni müqavilə imzalayıb

“Qəbələ” klubu iki gənc futbolçusu – Qədir Ramazanov və Elnur Mustafayevlə müqavilənin müddətini uzadıb.

İdman.biz xəbər verir ki, hər iki oyunçu ilə 3 illik yeni sözləşmə imzalanıb.

19 yaşlı futbolçulardan Ramazanov yarımmüdafiəçi, Mustafayev isə müdafiəçi mövqeyində çıxış edir.

İdman.biz

Məqalədə: