Futbolçumuzun komandası Ermənistan klubunu darmadağın edib - FOTO/VİDEO

Xəbərlər
3 Avqust 2025 19:22
100
Futbolçumuzun komandası Ermənistan klubunu darmadağın edib - FOTO/VİDEO

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

İdman.biz xəbər verir ki, Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik”lə qarşılaşıb.

Matç “Lyuboten”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hava Mustafanın pokerə imza atdığı Skopyedəki görüşdə meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.

İdman.biz